“Bizə Amerika papağı taxmaq yaraşmaz” - Nazarbayev

Qazaxıstanın birinci Prezidenti və “Nur Otan” partiyasının sədri Nursultan Nazarbayev əmindir ki, Qazaxıstana Amerika demokratiyasının “papağını taxmaq” mümkün olmayacaq.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, N. Nazarbayev demokratiyanın inkişafı üçün zamanın lazım olduğunu bildirib.

Bu il bizim 28 yaşımız olacaq. Gəlin yada salaq, biz kim olmuşuq, hansı sistemdə yaşamışıq? Bəs indi nə var? Yer və göy! Düzdür? Biz gənc dövlətik, gənc demokratiyayıq və bizə Amerika papağı taxmaq yaraşmaz. Bunun üçün zaman lazımdır, Avropadakı demokratiya üçün inkişaf etmiş cəmiyyət lazımdır”, - N. Nazarbayev “Nur Otan” partiyasının siyasi şurasının iclasında deyib.

Onun sözlərinə görə, orta təbəqəni inkişaf etmək zəruridir.

635x100

Şərhlər

Ramiz 2019-08-21 11:23:42

Rusun papağı başındadır həm də.... Neyrnirsən 2 papaq?

Son yazılar