“İNANIRDIQ Kİ, RƏŞAD QAYIDACAQ, TƏƏSSÜF Kİ...” - Rəşad Atakişiyevin həyat yoldaşı +Fotolar

"Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı”. 

Bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O, dünyasını dəyişən həyat yoldaşının mərd, gözəl və vətənpərvər bir insan olduğunu söyləyib: "Mərd, vətənpərvər, gözəl insan idi, pak hislərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər”.

K.Hüseynova axtarış qrupuna da öz minnətdarlığını bildirib: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq. Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik”.

Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov şəhidin tabutunun üzərinə salınmış bayrağı onun həyat yoldaşına təqdim edib.

635x100

Şərhlər

vetendash 2019-08-21 15:23:16

Allah rehmet elesin! Həyat yoldashina sebr, babalari ile birge uzun omur versin! Chox heyif kash bele olmaya idi! Bashiniz sag olsun!

AAgahuseyn 2019-08-21 15:23:16

Allah rəhmət etsin,yeri behişt olsun qalanlarına ALLAH səbir əta etsin.AMMİN.

Elli 2019-08-21 15:23:16

Allah rəhmət eləsin!

Son yazılar