Gürcüstan və ABŞ birbaşa aviauçuşlarla bağlı danışıqlara başlayır

"Sentyabrda Gürcüstan və ABŞ arasında birbaşa aviauçuşlarla bağlı danışıqlara başlanılacaq".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə bildirib.

Nazir sentyabrın əvvəlində ABŞ-a səfər edəcəyini deyib: "Səfər çərçivəsində ABŞ-ın iki iri aviaşirkəti ilə birbaşa reyslər barədə danışıqlar aparılacaq. Gürcüstan və ABŞ arasında birbaşa uçuşlar strateji və kommersiya baxımdan cəlbedicidir".

N.Turnava ABŞ-da aparılacaq danışıqların uğurla başa çatacağına ümidvar olduğunu qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar