"TƏYYARƏ QUŞLA TOQQUŞUB..." - Müdafiə Nazirliyindən açıqlama

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

MN-dən APA-ya verilən məlumata görə, Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.

Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.

Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik.

635x100

Şərhlər

patriot 2019-08-22 10:35:55

həmən quş zirehli və qanadlarinda raket qurqulari yəqin var imiş

patriot 2019-08-22 10:35:55

bu quşun bədəni zirehli olub qanadlarinda da raket tipli qurqular olub MN nazirliyinin verdiyi bəyanat bir saqqizdi ciyniyin!!!bunu hec vaxt bilməyəcəyik cünki öz səhfləridi ona ğörə demiyəcəklər hec kimdə cəzalanmayacaq buna ğörə heyf iğidimizdən !!!!

Pilot 2019-08-22 10:35:55

Hormetli oxucular, Amerikanin aviagezalar verilishine baxin Discovery Channel-de. Onda size de aydin olacaq ki, Birincisi gara qutu ile qezanin sebebini tapmaq mumkun deyil. Ikincisi Amerikan ekspertleri ellerinde olan en son texnologiyalarla ( bizde onlar 100 faiz yoxdur) en azi 1-3 il bash sindirillar sebebleri tapmaq uchun. Mene maraqlidi bizim analoqsuzlar 1 ay kechmemish nece deqiq sebebleri ashkarladilar. Halaldi bizimkilere.

Adem Memmedov 2019-08-22 10:35:55

Her shey gun kimi aydindir. Hansisa teyyare mexannikinin sehvi ucbatinnan bash veren gezadir. Ozude ki hec holmasa aviagezalarla bagli Discovery Channele herden baxin. Onlarda qeza ile bagli arashdirmalar en azi 1 il 2 il davam edir sonra rey veriller. Bunlarin ne agilli ekspertleri var ki 1 ayin ichinde rey verdiller? Amerikanlilardan agillisiz?

Ekspert 2019-08-22 10:35:55

Neujeli 21 ci esrin 6ci nesil girici teyyaresinde gushlatla toqqushma ehtimali teyyare istehsalchilari nezere almayib? Hech 2 ci dunya muharibesi teyyarelerinin uchushunda bunlar nezere alinmishdi. Hecholmasa bashga bir shey fikirlesherdiniz.

vetendash 2019-08-22 10:35:55

MiQ-29 teyyarenin telim uchushu, IDARE OLUNMALIDIR herbi bazanin MERKEZI PULTU vasitesile. MiQ-29 teyyaresinin UCHUSH ZONASI, MERKEZI PULTUN RADAR NEZARETINDE GORUNMELIDIR, EGER, bu ZONADA, qushlarin uchushu ASHKAR OLUNARSA, DERHAL, MiQ-29 teyyaresinin pilotuna, bu qushlarin uchush KOORDINATLARI BILDIRILMELIDIR ki, pilot teyyarenin uchush KOORDINATLARINI TEHLUKESIZ ZONAYA KECHIRSIN, AMMA, MERKEZI IDARE PULTU, YATIB ve bu qezani toredib.

Quşbaz 2019-08-22 10:35:55

Allah pilotumuza rəhmət eləsin!!! Qaldı ki, MN-nin açıqlamasına, mən belə hesab edirəm ki, təcili surətdə bütün quşbazlrı bir yerə yığıb təyyarə ilə toqquşan quşun hansı quş olduğu aydınlaşdırılmalıdır.Bundan sonra həmin quş xeyli atrırılmalıdır. Çünki, əlimizdə belə bir quş olandan sonra havadan müdafiə sistemlərinin heç birinə ehtiyac qalmır. Sadəcə olarqq düşmən təyyarəsi görünən kimi bir neçə quşu burax havaya. Vəssalam...

AAgahuseyn 2019-08-22 10:35:55

ALLAH rəhmət etsin.Balalarına və yaxınlarına ALLAH səbir versin.

Oxucu 2019-08-22 10:35:55

Deyəsən bu hadisəni araşdıran komissiya rəy hazırlayarkən , Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsinə yazılmış rəydən istifadə edib. Əgər Hərbi təyyarə quşla toqquşaraq parçalanıb dağılırsa bu necə qırıcıdır? Buna mərmi dəysə nə olardı? Həəə... Onda belə çıxır ki, ya quş Pteradaktildi ya da təyyarə kabriolet.

?????? 2019-08-22 10:35:55

Alim olubsunuz. Heyatda cox saylor gozlemeyen hadisseler nash verib. Amma siz bunu basha dushmersimiz. Dile Hasan Bosh admsiniz. Goresen Afrikada niue qar yagib. Professirlar cavan vere bilersiniz

Ekspert 2019-08-22 10:35:55

Hörmətli MN Zakir müəllim Özünüz əsil hərbiçisiniz.Unutmaq lazım deyil ki,qırıcı təyyarələrə nəinki siz nəzərdə tutduğunuz Xəzər dənizi üzərində üçan çaykalar(ağ qağayilar) xəsarət yetirə bilər.Hətta Qafqaz sıra dağlarında ucan nəhəng quzu aparan qartallar belə xəsarət yetirə bilməz. Qaldı qırıcı təyyarənin ön üz şüşəsinə?Bunu bütün hərbiçilər bilirlər ki.o şüşə adi sərnişin daşıyan təyyarə şüşəsindən deyil.Unutmamalıyıq ki, qırıcı təyyarələrə hətta adicə ov tüfəngin gülləsi təsir etmir.qalı ki,hansısa Xəzərin üzərinə gecə zamanı uçan (uçması mümkün olmayan)saatda 5 km sürətlə üçan yumruq boyda quş MiQ-29 məhv etsin.

t.ədalət 2019-08-22 10:35:55

Rusiya Azərbaycanı təlim-məşq poliqonuna çevirib.Dağlıq Qarabağda da belədir.Güman ki Miq-29 digər ölkələrin peyk-nəzarət sistemində var.İndi dünyanın hər tərəfi kosmosdan izlənilir.Bu izləmə görüntüləri əldə edilərsə,hər şey ortaya çıxar.Rusiya PKK-nın da təlimlərini DQ ərazisində keçirir.Vaxtı ilə dənizdə faciəli surətdə öldürülən neftçilər də,güman ki Rusiyanın Xəzərdəki hərbi donanmasının işi olub..

oxucu 2019-08-22 10:35:55

Bu herbi qirici teyyarenin burun-qabaq hissesinin konstruksiyasi KONUS FORMASINDA olduqundan, pilotun qarshisindaki, minimum olchude ve xususi formada olan gorme shushesine, uchan qushlarin toqqushmasi QEYRI MUMKUNDUR, bu faktora esaslanaraq, REDD EDILMELIDIR Mudafiye Nazirliyinin YALAN VERSIYASI, chunki, MN esl heqiqetleri GIZLEDIRLER cemiyyetden. Sernishin teyyaresinin ve herbi qirici teyyarenin pilot kabinasinda, pilotun gorme shushenin FORMASI ve OLCHUSU, MUQAYISEDE, CHOX FERQLIDIRLER.

vuqar 2019-08-22 10:35:55

Bu MIQ-29 .la bagli aciqlamani veren kimlerdise bu ne biabirci aciqlamadir .Siz evvelce MIQ.in qurulusuna baxin pilot kabini ele bele toqqusmalarla sinan sey deyil diger terefden ele toqqusmalara qalsa onda gerek olkelerin arsenalinda teyyare qalmasin,Qus destesile toqqusubsa onda sistem niye o andaca sonur beyem bu qiricilari ..kartondan..duzeldirler? PILOT katapult ede bilmeyibse demeli sis. siradan cixib Axi quslar qiricinin sistemini nece siradan cixara biler Yeqin yada basqa QUS.lari nezerde tuturlar!

EJDER 2019-08-22 10:35:55

MALADES,ESAS WARADI,ZARADI BIRDE ,,QUW,,DU.YAVAWDAMAQ OLMAZ,,BRAVO,,LUKAWENKO CANI.LAZIM GELER QARABAQIDA QAYTARAR.XOWQEDEME TAPWIRIQ VERILIF KI,L A Z I M I AXTARSIN

Mirzə AĞ 2019-08-22 10:35:55

Quşlar qaranlıqda uçmurlar, özü də qırlcı təyyarənin uçduğu hündürlükdə!

t.ədalət 2019-08-22 10:35:55

Quşla toqquşsaydı pilot özünü ata bilerdi.

Son yazılar