Bakıda taxta bazarında yanğın baş verib, xəsarət alanlar var - FOTOLAR, VİDEOLAR

"Baksol yolu" yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb. Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib: "Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub".

Nazir müavini bildirib ki, bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb: "Yanğın barədə məlumat daxil olan kimi, dərhal yanğın bölmələri hadisə yerinə cəlb olunub. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə də əməkdaşlarımız hadisə yerinə vaxtında çatıblar. Burada əsas məsələ suyun çatışmazlığı olub. Biz suyu öncədən daşıma yolu ilə əldə etdik. Yanğın tam söndürülüb. Yayılma təhlükəsi yoxdur".

***

Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib: "Baş verən hadisə böyük yanğın hesab edilir. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək".

Musavat.com-un verdiyi məlumata görə, yanğının qarşısı qismən də olsa, alınıb. Ərazidə taxta satan obyekt sahibləri zərər dəyməmiş materialları yanğın olan ərazidən uzaqlaşdırmağa çalışırlar.

Son məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onların hər ikisinin FHN-in yanğınsöndürənləri olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar