Daha bir deputatın xaricdə biznesi tapıldı - FOTO

Avropada yaşayan mühacir jurnalist Cavanşir Həsənli növbəti araşdırmasında daha bir deputatın biznes fəaliyyətini üzə çıxarıb.

"AzPolitika" jurnalistin Milli Məclis üzvü Ağalar Vəliyevlə bağlı araşdırmasını təqdim edir:

İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir.

İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Ağalar Vəliyevin biznesi və “Azəraqrartikinti” ASC haqqında mətbuatda dəfələrlə yazılıb, o üzdən geniş təfərrüata varmaq istəmirəm. Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir.

Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. Bundan başqa onun İSRAFİL MTK (Mirəli Qaşqay, 94 və S.Rəhman 53 ünvanında hər biri 14 mərtəbəli və 112 mənzilli olmaqla iki bina), RAHATLIQ MTK (Maliyyə Nazirliyinin arxasında, Zabitlər bağının yaxınlığında, Nəsimi rayonu, H.Sarabski 16A ünvanında) kommunal və servis xidmətləri göstərir. Deputatın Ukraynada da biznesi var.

635x100

Şərhlər

EJDER 2019-08-23 17:01:18

BU ANALOQU OLMAYAN HOKUMETIN BIR MUSBET CEHETI ,MEMURU,NAZIRI YOXDUR.HAMISI TAMAHKAR,HARINLAMIW LKOPEK UWAQIDIR.SAQ YEMESINLER.BU NATEMIZ UNSURLERLE INKIWAF ELEMEK OLAR,HIIIIYYY...,LUKAWENKO CANI

Vekil 2019-08-23 17:01:18

20 ildir Qacqinkola isleyir yol su isig ev tikir ili vurun cox yox 10 milyona $ yeqin yeter otel ucun.

Kamal 2019-08-23 17:01:18

TALANÇILAR ÖLKƏNİ TALAN EDİB ZAPÇAST EDİB DAŞIYIRLAR. LƏLƏ KÖÇÜB YURDU QALIB. BİR DƏ GÖRƏCƏYİK Kİ MİLLƏTİ DƏ DÜŞMƏNLƏRƏ SATIB QAÇIB GEDİBLƏR. ONSUZ DA ONLAR MİLLƏTƏ ATMAQLA BU MİLLƏTƏ ÇOX BÖYÜK XƏYANƏT EDİBLƏR. ANCAQ DAHA BÖYÜK XƏYANƏTLƏR QABAQDA OLA BİLƏR. MİLLƏT AYIQ OLMALI VƏ QORUNMALIDIR.

Son yazılar