HÖKUMƏTİN YENİ STRATEGİYASI… – Son bir ildə xarici borc 680 milyon dollar azalıb

Dərc olunub: 23/08/2019 - 17:22

15481648542789230825_1000x669

Bu ilin birinci yarısında Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon dollar olub. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manatlıq ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Müqayisə üçün deyək ki, ötən ilin eyni dövründə analoji göstəricilər belə ölüb: Azәrbaycan xarici dövlәt borcu 9,600.2 milyon ABŞ dolları , xarici dövlәt borcunun Ümumi Daxili Mәhsula (ÜDM) olan nisbәti 21.9 faiz (2018-ci il üçün hesablanmış 74,646.9 milyon manatlıq ÜDM-ә nisbәtdә) tәşkil edib.

Beləliklə, son 1 ildə xaric borc 680 milyon dollar, ÜDM-ə nisbətdə isə 3,8 faiz-bənd azalıb. Təbii ki, müsbət tensensiyadır və hökumətin xarici borclarla bağlı yeni strategiyasına adekvatdır. Baxmayaraq ki, ölkənin valyuta ehtiyatı 45 milyard dollardır, yəni xarici borclardan düz 5 dəfə çoxdur. Bununla belə, hökumətin konservativ büdcə siyasəti pozitiv tendensiyadır və daxili resurslardan daha effektiv istifadəyə hesablanıb.

trend_samir_sharifov_231213Maliyyə naziri Samir Şərifovun dövlət başçısı İlham Əliyevin yanında keçirilən müşavirədəki çıxışı da hökumətin dövlət borcları siyasətinin dəyişdiyini göstərir:“Borcun səviyyəsini endirməyə nail olmuşuq və indiki səviyyənin saxlanılmasını təmin edirik. Eyni zamanda, bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən, belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti kredit müqaviləsi bağlayıb – 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.

1229645“Hökumətin dövlət borcu idarəçiliyi strategiyası və onun xarici valyuta ilə ifadə edilmiş borc öhdəliklərini azaltmaq niyyəti təqdirəlayiqdir. Hazırda hökumət Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı hər hansı bir danışıqlar aparılmır.” Bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa da təsdiqləyib.

Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və Yeni büdcə qaydası təsdiq edilib. Ötən ildən artıq dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19,0 faizə enərək 3,8 faiz-bənd azalıb.

Hökumətin daxili resurslardan effektiv istifadə kursu davamlı olacaqsa, yaxın gələcəkdə xarici borclanmaya qətiyyən ehtiyac olmayacaq və daxili resurslar hesabına ən müxtəlif strateji əhəmiyyətli layihələrə maliyyə mənbələri tapmaq mümkün olacaq. Bu baxımdan hökumətin xarici borclanmaya indiki münasibəti təqdirəlayiqdir.

Qadir İbrahimli
“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri








loading...


Fikrinizi bildirin