Çin hökuməti ABŞ mallarına əlavə rüsum tətbiq edir

Çin hökuməti illik 75 milyard dollarlıq ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir.“Report” adən xəbər verir ki, Çin Dövlət Şurası ölkəyə idxal olunan 75 milyard dollarlıq ABŞ mallarına rüsumları 5 faizdən 10 faizədək qaldırmaq qərarı verib. Bu addım iki mərhələdə, sentyabrın 1-də və dekabrın 15-də həyata keçiriləcək.

Bununla yanaşı dekabrın 15-dən ABŞ avtomobillərinə aprel ayından təxirə salınmış 25 faiz, avtomobil parçalarına da 5 faizlik rüsum tətbiq ediləcəyi bildirilir.

Bu addımın ABŞ administrasiyası tərəfindən 300 milyard dollarlıq Çin mallarına qarşı 10 faizlik rüsum tətbiq etmək barədə ayın əvvəlindəki açıqlamaya cavab olaraq atıldığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar