İvanişvili Tbilisidə erməni teatrı tikir

Dərc olunub: 24/08/2019 - 07:44

296261_res_01Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının lideri, ölkənin keçmiş baş naziri Bidzina İvanişvili Petros Adamyan adına Tbilisi Dövlət Dram Teatrının tikintisini maliyyələşdirir.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə teatrın bədii rəhbəri Armen Bayanduryan məlumat verib.

Bildirilir ki, Tbilisidəki köhnə teatr binası 2018-ci ildə sökülüb. Əvvəlcə onun bərpası planlaşdırılıb, amma o qədər bərbad vəziyyətə düşübmüş ki, layihə müəllifləri onu sökərək eyni yerdə yeni bir teatr tikməyə qərar veriblər.

“Yeni teatrın tikintisi təxminən 18 milyon dollara başa gələcək. Gürcüstanın keçmiş baş naziri, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının lideri Bidzina İvanişvili “Kartu” fondundan vəsait ayıraraq maliyyələşməni tamamilə öz üzərinə götürüb”,-deyə Bayanduryan bildirib.

Onun sözlərinə görə, artıq təməl qoyulub, karkas düzəldilib. İnşaat işlərinə 40 işçi, müasir avadanlıq cəlb edilib, ən yaxşı tikinti materiallarından istifadə olunur.

Virtualaz.org

 








loading...


Fikrinizi bildirin