Premyer Liqa: II tura Sumqayıtda start veriləcək

Dərc olunub: 24/08/2019 - 07:46

iran futbolBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
“Report”un məlumatına görə, 3 günü əhatə edəcək həftənin açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Hər iki kollektiv çempionatın ilk turunda qələbə qazanıb. Ayxan Abbasovun baş məşqçilik etdiyi “Gənclik şəhəri” təmsilçisi səfərdə “Qəbələ”dən üstün olub – 2:0. “Səbail” isə evdə “Zirə”ni 1 cavabsız qolla məğlub edib.
Komandalar bu vaxta qədər Premyer Liqada 8 dəfə üz-üzə gəliblər və hərəyə 3 qələbəyə seviniblər. Qələbələrin sayında olduğu kimi topların nisbəti də bərabərdir – 6:6. “Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında son iki görüşdə “Sumqayıt”a uduzmayıb.
Qeyd edək ki, II turun “Sabah” – “Keşlə” və “Qarabağ” – “Qəbələ” oyunları avqustun 25-də, “Zirə” – “Neftçi” dueli isə avqustunda 26-da olacaq.
24 avqust (şənbə)
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt, “Kapital Bank Arena”








loading...


Fikrinizi bildirin