Moro müsəlmanlarının üçrəngli yeni bayrağı qəbul edilib

Filippinin cənubunda yaşayan Moro müsəlmanlarının aypara, ulduz və qılınc rəsmlərini özündə əks etdirən rəsmi bayrağı qəbul edilib.

APA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə millət vəkili Lananq Əli sosial media hesabında məlumat yayıb.

O qeyd edib ki, Müsəlman Mindanao Bangsamoro Muxtar Vilayətinin (MMBMV) rəsmi bayrağı Filippinin cənubunda yaşayan Moro müsəlmanlarının gələcəyini formalaşdıran tarixi referendumdan sonra gerçəkləşdi.

Ötən gün Bangsamoro Keçid Təşkilatı tərəfindən "MMBMV-nın Rəsmi Bayraq Qəbulu" adlı qanun məclisə təqdim edilib. Sesiyada mövcud 60 üzvdən 36-sı qanunun lehinə, 1-I əleyhinə, səs verib. Beş nəfər isə bitərəf qalıb.

Üçrəngli bayrağın (ağ, qırmızı, yaşıl) horizontal olaraq ağ hissəsində qızılı aypara və ulduz, ortada qırmızı xətt, yaşıl hissədə isə soldan sağa qılınc şəkli əks olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar