Şəki və Xızı dağlarında baş verən yanğın söndürülüb

Dərc olunub: 24/08/2019 - 09:45

615d60ca1a16f42Şəki və Xızının dağlıq ərazilərində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.








loading...


Fikrinizi bildirin