10 MANATLIQ ŞİRKƏTLƏ 1.6 MİLYONLUQ MÜQAVİLƏ - Qanun pozuntusu

Dövlət şirkəti "AzerGold" QSC Çovdar filiz emalı sahəsi üçün mal və vəsaitlərin təchizatına dair müqaviləni "Gravity Ltd" özəl şirkətilə bağlayıb. Bu, tərəflər arasında bu il imzalanmış ikinci müqavilədir.

1 milyon 649 min 367,5 manat (970,2 min dollar) məbləğində müqavilə iyulun 10-da bağlanıb.

Lakin onunla bağlı məlumat Dövlət Satınalmaları Reyestrində yalnız bu gün yerləşdirilib. Baxmayaraq ki, tender yolu ilə həyata keçirilən dövlət satınalmaları dərhal Dövlət Satınalmalarının Vahid Internet Portalı vasitəsilə açıqlanmalıdır. "AzerGold" qanunvericiliyin tələblərinə zidd olaraq hətta alınan malların siyahısını təqdim etməyib.

BU ŞİRKƏT FEVRALDA YARADILIB

"Gravity Ltd" şirkəti mal və vəsaitlərin təchizatında böyük təcrübəyə malik deyil. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, "Gravity Ltd" 12.02.2019-cu il tarixində yaradılıb. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Mahir Müzəffərli Müzəffərli oğludur. /"Marja"

635x100

Şərhlər

Fehle Baba 2019-08-24 16:08:48

Gardash hami kimi bunlar da podstavnoy yaradilmish shirketle pul silirler. Jamahat qaz vurur qazan doldurur o bizik fehle babalar omur boyu boynu bukuk gara gepiye ishdeyen.

Kasıb 2019-08-24 16:08:48

Talançılar milləti necə lazımdır fırladırlar. Din, iman, vicdan, milli hissiyyat deyilən bir əlamət bu məxluqlarda yoxdur. Belə talan, belə quldurluq çətin ki, dünyanın başqa bir nöqtəsində olar.

Vətəndaş 2019-08-24 16:08:48

Burada anlaşılmaz nə var ki? Şirkət həmin milyonluq əməliyyatıetmək məəqsədilə yaradılıb və onun kimlər vasitəsilə necə və nə üçün olduğu "AzərGold" LTD-şirkətinin təsisçilərinin kimliyindən bəlidir. Özünüzü incitməyin.

Son yazılar