Bundesliqada yeni rekord qeydə alınıb

Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.

APA-nın məlumatına görə, bu, II turun “Köln”lə Dortmund “Borussiya”sı arasında oyunda gerçəkləşib.

Qonaqların oyunçusu Ceydon Sanço Almaniya çempionatlarında 15 qol həddinə çatan ən gənc futbolçu olub. 3:1 hesablı qələbəyə bir topla töhfə verən ingiltərəli yarımmüdafiəçi 19 yaş 151 günlüyündə bunu bacarıb.

O, “Ştutqart”ın futbolçusu Horst Keppelin 1967-ci ildə müəyyənləşdirdiyi rekordu 35 gün üstələyib.

Qeyd edək ki, C.Sanço 2017-ci ildən “Borussiya”da çıxış edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar