Gömrükçülər ölkəyə qanunsuz mobil telefonlar gətirilməsinin qarşısını alıblar

Gürcüstandan gələn, Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "VAZ-21114" markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar