HACIBALA ABUTALIBOVUN GÖZQAMAŞDIRAN SƏRVƏTİ - Siyahı + FOTO

Baş nazir müavini mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt rəsmiləşdiribmiş...

Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı "Yaşıl bazar"da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər.

“Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.

Bundan bir qədər sonra isə məlum olub ki, Ə.Əhmədovun qiymətlərinin baha olduğunu dediyi bazar Baş Nazirin başqa bir müavini Hacıbala Abutalıbova məxsusdur.

"Unikal" qəzetinin əldə etdiyi məlumata görə, o, bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.

Lakin Abutalıbovun insanı heyrətə gətirən sərvəti sadəcə "Yaşıl bazar"la məhdudlaşmır. Belə ki, Unikal.org-a daxil olan başqa bir məlumata görə, Baş Nazirin müavini hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.

Bizə bu barədə məlumat verən mənbə həmin bina və obyektlərin bir hissəsinin siyahısını da təqdim edib. Həmin siyahıdan bəlli olur ki, paytaxtın Füzuli küçəsi 39–də yerləşən və "sürüşdürülən bina" kimi tanınan binanın 1-ci mərtəbəsini zəbt edən və obyektə çevirən ("Klassik-Şəms") vitse-premyer bundan başqa "Qış parkı"nda yerləşən "Zambaq", "İnnab" və "Palıd" kafelərinin də sahibidir.

Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə "Ovçular" evinin yerində salınmış parkda "Özsüt" və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən "Sütiş" restoranlarının olduğu, həmçinin Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxslərdən Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirdiyi ortaya çıxıb.

Düz 17 il (2001-2018-ci illər) Bakıya rəhbərlik edən Hacıbala müəllimin ələ keçirdiyi daşınmaz əmlakların siyahısı bununla da bitmir. Məlum olur ki, o, Abdullayeva Səmayə Qulam qızının adına həmçinin, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, vaxtilə İqtisadiyyat Komitəsinin yerləşdiyi 113.7 kv metrlik sahəni də rəsmiləşdirib.

Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən, vaxtilə ""Bakıelektrikşəbəkə" ASC-nin anbarının və qarajlarının yerləşdiyi sahəni də özününküləşdirən, hazırda isə anbar kimi icarəyə verən sabiq mer Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibidir.

Hələ bu harasıdır? Rəşid Behbudov küçəsində, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi inşa etdirmiş H.Abutalıbov bu qədər sərvətlə də kifayətlənməyib və Hüseyn Cavid parkında yerləşən "Yaşıl" çay evini də öz nəzarətinə keçirib.

Nərimanov rayonunda Ticarət Departamentinin inzibati binası üçün icarəyə verilmiş tikili, Binəqədi rayonu ərazisindəki "Heydər məscidi"nin yanındakı mərasim evi də Hacıbala müəllimin sərvətləri siyahısındadır. Yeri gəlmişkən, kifayət qədər maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirik: mərasim evinin yerləşdiyi ərazidə məskunlaşmış vətəndaşların köçürülməsi dövlət vəsaiti hesabına baş tutmuşdu.

Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodu ("Qalzansiya") da ələ keçirən Abutalıbov mer olduğu zamanlarda sürətlə böyütdüyü sərvətini Baş Nazirin müavini olarkən də artırmağa davam edir. Belə ki, hazırda o, Yasamal rayonu, Qurban Xəlilov küçəsində, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yeni kafelər inşa etməkdədir, bu məqsədlə artıq 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, bünövrələrin üstü bağlanılıb. Yəqin ki, çox keçməyəcək, həmin kafelər də fəaliyyətə başlayacaq və Hacıbala müəllim üçün növbəti qazanc mənbələri yaranacaq.

Şübhəsiz ki, sadaladıqlarımız Abutalıbovun ümumi sərvətlərinin heç də hamısı deyil; buradan isə belə nəticə çıxır ki, o, paytaxta rəhbərlik etdiyi dövrdə "Bakımızı daha da gözəlləşdirmək və abadlaşdırmaq" missiyasının arxasında əslində öz sərvətlərinin miqyasını genişlətməklə məşğul olub.

Ən maraqlısı isə odur ki, keçmiş Bakı meri, hazırda isə vitse-premyer olan şəxs mətbuata bir neçə açıqlamasında var-dövləti ilə bağlı iddiaları təkzib etmək, yalanlamaq yolu tutub, az qala belə bir təsəvvür yaratmağa çalışıb ki, hansı postu tutmasından asılı olmayaraq, sadəcə, üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğul olub, maaşı ilə dolanıb...

Lakin reallıq başqa şeyi deyir: Abutalıbovun təkcə daşınmaz əmlaklarının nə ucu var var, nə bucağı.

İstisna deyil ki, o, bu yazıda oxuculara təqdim olunan bina və iaşə obyektlərinin siyahısını da inkar etmək yolunu tutacaq. Ancaq bu təkzibin də inandırıcılığının digərlərindən fərqlənəcəyinə elə bəri başdan ümid eləməyə dəyməz...

 

635x100

Şərhlər

mamed 2019-08-24 18:45:51

hacibala bas nazirin muavinidir.aydindir.siz gedin .....fuad suleymanov(leqebi fonya) gorun ne qeder serveti var.restoranlar,binalar ve villalar.hele masinlari demirem....

vətəndaş 2019-08-24 18:45:51

Məmurların hamısının misli görünməmiş var-dövlət sahibi olublar?

Geber 2019-08-24 18:45:51

Ğözqamaşdiran sərvətin Hacibalada olmasina naşiliqla da olsa inanmiram və ğörmürəm dəqiq olardi :_beləki yazdiqimi təkzib edən incə məqamli dəlillər naşiliqdan asili deyil. Yekəxanaliq olmasin mən bu yaşima qədər bir dənə də olsa varli azəriyə rast ğəlməməmişəm ki sərvəti ğözqamaşdirici olsun. Müəyyən dövrlərdə Məşədi İbadin dispozitiv rolunda olduqumdan haminin varli elan etdiyi insanlarda Məşədi İbaddan milyonlar alsa da belə , bir abbasinin dalinca sürünən əqli neyronlarinin sifətdə qiclama xəritəsini ulduz fali tək açmasini bilirəm . Əlbəttə ki , azərilərdən Kaminskinin varli insan olmaq qaydalarini axtarib oxumalarini təklif edən monqol ağlindan da məhrumam . Əsl varli insanlara sovet vaxti rast ğəlmişəm və six təmasda olmuşam , onlardan varli olmaqin sirrəlirini öyrənmişəm . Elə misal rəhmətlik Brejnevin qizil əsri . Başqa misal ğömbul Tofiq adli Bakinin ğizlin də olsa məhşur millyoneri , qədim evlərdə maral xalçalari və qalantereya kəlayaqi istehsalçisi , belə insanlar tək tük indi də qalib . baki kəntlərində köhnə qədeş əxlaq kodeksləri . Bu hallara tək tük də olsa rast ğəlmək olar. Bizlər Ğömbul Tofiqin sərvətinə sevinir və fəxr edirdik . duaçi idik inanmiram ki , kimsə Tofiqə nifrət edə və bu nifrət onu qədim pars ğöz cadulari ilə indi moddur aura , əslində qoruyucu dəbilqəsini dağidib mütiləşdirə , yəni əl ilə tutlmaqa məhküm qanadsiz quşa çevirə bilərdi . İnanmayanlar baxin ətrafa bir dənə də olsa misal varli zənğin qanadli biznesmen quş varmi və ya onlari Mahmudov tək deyil , qururla tutub özünə yem edə bilən varmi bir şahin quşu? qədim fars sufiləri quş bazarinda eşitdiklərim haqda yazilarini Hidistanda məlum Axtarveda himnlərində işarələnmiş 4 qarğa balasinin varli insanin evindən tullanan artiq yeməkləri yeyərkən quş dilində danişiqlarinin fal acilişlarini inğilislər müasir dərin bilğili iqtisadi siyai alətlərə çevirməklə dunyani özlərinə tabe etdirmişlər heç Şeytanin da ağlina ğəlməz necə və nə cür. Bir haşiyyə qarğa balasi anasina deyir ki , bu insan zəhərlənməyibsə də bizlik deyil kasibin artiqini yemək istəyirəm . Bu ğün qamaşdirici sərvəti olanlarin ilyuziyalar yiğini 4 qarğa balasinin bilğilərindən də dərkənardir .

fikrət 2019-08-24 18:45:51

ğülməli danişirsiz ğuya hansinin yoxdu milyardlari başdan ayaqa hamisinin milyardlari var xalqin pullari haram olsun sizə laxta laxta qusacaqsiz

Emin məlim 2019-08-24 18:45:51

Say hesabı yoxdu Nərmanov rayonu milyonerlər məhləsi CAPİTOL HOTEL 7di mərtəbə Seving xanımın adına .Hecqəs bata bilməz Hara şikayət etsən öz adamları üzə cıxır.

Sabiq 2019-08-24 18:45:51

Bu yazıların hamsın vaxtı ilə hacıbalanın ən yaxın adamı olmuş Bandit krimal vidadi əliyev yazdırtdırır bu vidadi o vidadidir ki hacıbalanın bütün ev yıxma əməliyyatların icra edirdi söküntü işlərin indi düşmən olublar hacıbala mer vəzifəsindən cıxandan sonra bu qara vidadi siyahı aparəb ki sənin bizə 10 .15 milyon borcun var təsəvvür edin hacıbalanın ənnn yaxını oıublar Rəfail MKTD SƏDRİ MÜAVİNİ BU QARA VİDADİ VƏ ZÜLFƏLİ ÜCÜDƏ cörək itirən allahsız cörək itirənlərdilər haramları olsun hacıbalanın verd cörə

EJDER 2019-08-24 18:45:51

AYE,,BRAVO,,MALADES,LUKAWENKO CANI,EN BERK GEDEN ESGERIDI,ANALOQU OLMAYAN HOKUMETIMIZIN TAMAHKAR MEMURLARINDANDIR,HA HA HA prodoks odur ki, GUYA BIZ BELELERI ILE INKIWAF EDIRIK.AVROPA DEYIR,AYE BELKE BIR AZ.LAPPP AZ YAVAWLAYASINIZ,...HA HA HA .BELE HOKUMETLE QARABAQI ALMAQ OLAR

HARAY HAZİ 2019-08-24 18:45:51

8-ci km qəs-dəki 2714 N-li avtokalonu da yaxın qohumunun adına qəpik-quruşa qeyri-qanuni özəlləşdirib. Ərazisi 5 ha-dır (0rada 1 sot torpaq 60-70 min-dir). Balansda olan avtomaşınları digər qarajlara köçürdülər. Boş torpağı Əmlak Komitəsinə verib satışa çıxartdırıb özü özəlləşdirdi. Sonuncu 5-6 işçiyə heç halallıq da vermədi. Həmin işçilər zamanı çatanda məhkəməyə və yuxarı instansiyalara müraciət edəcək. İndi orada dəyəri 10 milyonlarla olan anbarlar tikilib yüksək məbləğə icarəyə verilib. KORRUPSİYA!!!

Elli 2019-08-24 18:45:51

malades

vətəndaş 2019-08-24 18:45:51

Ağzıgöyçəklər də deyirlər Hacıbala Abtalıbov dəlidir.Bu qədər obyekti olana dəli deyənin dili qurumalıdır.Hələ siyahı tam deyil. Dəli o şəxsə deyirlər ki vəzifədə olduğu müddətdə özünə bir gün ağlamır.Dəli maşını, obyekti, mənzili olmayanlara deyərlər.Bu kişi dünyagörmüş ağıllı adamıdır ki nəvə, nəticəsinin də gələcəyini fikirləşib.

Həsənaqanın qohumu 2019-08-24 18:45:51

Bimirem bu kisiye niye paxilliq edirler.Axi o haram yollarla qazzanmir.O yegane kisidir ki,hec bir servete,vara,dovlete sahib olmadiqi ucun dovlet seviyyesinde hormet hormet qazanib.Qoyun kefini ceksin.Refael ozu ile ne apardi ki,Hacibala da ozu ile ne aparacaq.

vuqar 2019-08-24 18:45:51

Vaxti gelende burnunun desiyinden fitil-fitil gelecek.Nankor serefsizler XALQIN servetini talayirlar.

Kasıb 2019-08-24 18:45:51

Talançılar hamısı eyni tipli milli xəyanətkarlardırlar. Millətə necə lazımdır atıblar. Mənimcə millətinin, kasıb əhalinin payını yeyən xənatkar, nankordur və nadandırlar. Allah onların bəlasını versin.

Randa 2019-08-24 18:45:51

hacıbalanın tamahını HƏZRƏTİ ƏLİ ƏLEYSALAMIN QILINCI ancaq doydurar.Ooqədər ğünahlar edib onaunla ALLAH bəlkə bacara.

Elxan 2019-08-24 18:45:51

Köçək gedək biz buralardan...

t.ədalət 2019-08-24 18:45:51

Quldurluqla ələ keçirilən sərvətlərin çox facəvi sonluğu olur.Zaman hər şeyii tərsinə çevirə bilir.Ən dəhşətlisi odur ki,böyük məbləğdə pulu olanlar ölüm ayağında daha dəhşətli olurlar.Onlar sərvəti qoyub gedə bilmirlər..

Son yazılar