QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə dəyirmi masa keçirilib - FOTO

22 avqust 2019- cu il tarixində "Sağlam Yaşa Gəncələrin Maarifləndirilməsi İctimai Birliyi" Salyan rayon Tarix- Diyarşünaslıq muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “ Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir.

Tədbiri layihə rəhbəri Tələt Qəribov açaraq məişət zorakılığı haqqında genış məlumat verib. Ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılmasına baxmayaraq, məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkəmizdə də mürəkkəb bir problemə çevrilmişdir.. Çünki əksər hallarda zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, insanlar sağlamlığını itirir, hətta fərdin özünü cəzalandırması- intiharla nəticələnir. Çəmiyyətin aktual probleminə çevrilən məişət zorakılığı insanlığa qarşı qəddarlıq olduğundan, zorakılıq halları ilə bağlı cinayətlərin sayında surətli artım müşahidə edildiyindən, xüsusən də zorakılıq səbəbindən ölüm halları çoxaldığından bu mübarızədə hər bir vətəndaşın iştirakına sosial ehtiyac tələb olunur.

Mövzu ətrafında rayon Ağsaqqallar şurasının sədri Beydulla İmanov, yazıçılar birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, rayon Mədəniyyət şöbəsinin müdiri Günaydın Əhmədova, tədaüdçü hüquqşunas Aftandil Məlikov, rayon kitabxanasının direktoru Səidə Əliyeva və başqaları çıxış edərək mövzu ətrafında öz fikir və təkliflərin səsləndirdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar