Ukrayna vətəndaşı Bakı sakininə ev satmaq adı ilə 160 min dollarlıq dələduzluq edib

Dərc olunub: 24/08/2019 - 17:55

2aba6a92-c3aa-44c6-957d-7cf7b3130d93Ukrayna vətəndaşı Bakı sakininə qarşı dələduzluq edib.

“Report” xəbər verir ki, 39 yaşlı Fərid Pənahov qarşılaşdığı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

F.Pənahov şikayətində bildirib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142-də yerləşən 58 saylı mənzili Ukrayna vətəndaşı Nina Krimişenkodan 160 min dollara alıb. O, pulu N.Krimişenkoya ödəyib. Lakin sonradan məum olub ki, mənzil 1980-ci il təvəllüdlü Sara Hamlet qızı Əliyevaya məxsusdur.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin