“ABŞ-la Müştərək Hərəkat Mərkəzimiz tam tərkiblə fəaliyyətə başladı” - Hulusi Akar

Türkiyənin Müdafiə naziri Hulusi Akar Suriyada təhlükəsiz zona ilə bağlı ABŞ-la birgə tam tərkibdə ortaq fəaliyyətə başlandığını açıqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir Müştərək Hərəkat Mərkəzinin bu gün ilk olaraq ortaq vertolyot uçuşu həyata keçirildiyini bildirib.

H.Akar terrorçuların mövqe və istehkamlarının dağıdılmasına start veriləcəyini də sözlərinə əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar