Makron "Böyük yeddilik" sammiti öncəsi Biarritzdə Trampla görüşüb

Fransa prezidenti Emmanuel Makron Biarritzdə “Böyük yeddilik” sammiti öncəsi ABŞ lideri Donald Trampla ikitərəfli görüş keçirir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, "BFMTV" telekanalı vasitəsilə yayımlanan söhbət tərcüməçilərin iştirakı olmadan aparılır.

Makron görüş əsnasında İran ətrafındakı böhranı, Suriya, Liviya, Ukrayna və KXDR-dəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Biarritzdə keçirilməsi nəzərdə tutulan “Böyük yeddilik” sammiti bu gündən başlayır və avqustun 26-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar