Məşhur otel satılır

Moskvada “Pekin” oteli elektron satışa çıxarılıb. Bununla bağlı açıq auksion keçiriləcək.

Trend-in məlumatına görə, hərraca otelin aksiyaları (100 faiz) çıxarılacaq. Lotun start qiyməti 5,67 milyard rubl dəyərində qiymətləndirilir.

Avqustun 29-u iştirakla bağlı ərizə qəbulunun son günüdür. Auksion isə sentyabrın 2-də başlayacaq.

Otel memarlıq abidəsi kimi tanınır. Burada qonaqların ixtiyarına 150 nömrə təklif edilir. Mehmanxana kompleksinə üç restoran, damda panorama bar və konfrans zalı daxildir. Onun ərazisində, həmçinin SPA mərkəzi, gözəllik salonu, kafe və mağazalar da yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar