Şəkidə günorta saatlarından başlayan yanğın davam edir - VİDEO

Şəkidə günorta saatlarından başlayan yanğın davam edir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şin çayının sol sahilində, rayonun Cunud və Baş Layısqı kəndlərinin yaxınlığında güclü yanğınlar baş verib.

Əraziyə Şəki, Qax və Zaqatala rayon Dövlət Yanğindan Mühafizə Hissələrinin texnikaları və canlı qüvvələri cəlb olunub.

Hazırda ərazidə yanğının söndürülməsi və Cunud kəndinə kecməməsi üçün mühafizə tədbirləri görülür.

Günorta saatlarımdan başlayan yanğın təqribən 70 hektar ərazini əhatə edir. Yanğın nəticəsində quru ot, kol-kos və ərazidə olan xırda ağaclar yanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar