Bakıda avtobus üç piyadanı vurub, biri ölüb - FOTO

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu üç piyadanı vurub. Nəticədə onlardan biri hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.

635x100

Şərhlər

Oxucu 2019-08-24 23:49:25

Bu Daewoo avtonuslarını Bakıya gətirənə quzu kəsim. Avtobus deyil, elə bil T-72 tankıdır.

Son yazılar