Sudanda sel və daşqınlar nəticəsində 60 nəfər ölüb

Sudanda iyul ayından davam edən leysan yağışlar nəticəsində azı 60 nəfər ölüb, 101 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Sınxua” agentliyi yerli qurumlara istinadən məlumat yayıb. Sudan Səhiyyə Nazirinin müavini Süleyman Adbud Cabbar bildirib ki, yağış və sel bütün ölkəni bürüyüb.

Sudanın Humanitar Yardım Komissiyası 194 min insanın leysan yağışlarının təsirinə məruz qaldığını və 37 mindən çox evin dağıldığını açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar