Levandovskinin het-triki “Bavariya”ya üç xal qazandırıb

Dərc olunub: 25/08/2019 - 00:32

605d61815fa9d00Almaniya Bundesliqasında II tur davam edir.

APA-nın məlumatına görə, turun ikinci oyun günündə 6 matç keçirilib.

“Frayburq” və “Bayer” mövsümdə ikinci qələbəsini qazanıb. İlk turda xal itirən “Bavariya” isə “Şalke”ni darmadağın edib. Bu görüşdə Robert Levandovski het-trikə imza atıb.

Qeyd edək ki, tura avqustun 25-də yekun vurulacaq.

Almaniya Bundesliqası

II tur

23 avqust

“Köln” – “Borussiya” D – 1:3

Dreksler, 29 – Sanço, 70, Hakimi, 86, Alkaser, 90

24 avqust

“Mayns” – “Borussiya” M – 1:3

Quasio, 18 – Layner, 31, Pleya, 77, Embolo, 79

“Auqsburq” – “Union” – 1:1

Varqas, 59 – Andersson, 80

“Fortuna” – “Bayer” – 1:3

Moralez, 82 – Baker, 6 (ö.q.), Aranquiz, 33, Bellarabi, 39

“Paderborn” – “Frayburq” – 1:3

Mamba, 3 – Valdşmit, 21 (pen.), Petersen, 40, Çanq-Hun, 90

“Hoffenhaym” – “Verder” – 3:2

Bisaksiz, 54, Bebo, 59, Kaderabek, 87 – Fulkruq, 42, Osako, 81

“Şalke” – “Bavariya” – 0:3

Levandovski, 20 (p.), 50, 75

Turnir cədvəli: Borussiya D, Frayburq, Bayer – 6 (2), Bavariya, Borussiya M – 4 (2), Leypsiq, Volfsburq, Ayntraxt – 3 (1), Fortuna, Hoffenhaym – 3 (2), Herta – 1 (1), Şalke, Auqsburq, Union – 1 (2), Paderborn, Verder, Köln, Mayns – 0 (2).








loading...


Fikrinizi bildirin