Xudatda 2 nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır

Xudat şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, bıçaq xəsarətləri alan 1996-cı il təvəllüdlü İslam Telman oğlu Eyyubov və 1997-ci il təvəllüdlü Samir Sabir oğlu Aydəmirov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralılar cərrahi əməliyyat olunub, vəziyyətləri ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar