İran ABŞ-ın Demokratiyanı Müdafiə Fonduna sanksiya tətbiq edib

Dərc olunub: 25/08/2019 - 12:08

805d62405b69cdcİran Xarici İşlər Nazirliyi (XIN) ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçi sanksiya siyahısına daxil edib.

APA-nın İRNA agentliyinə istinadla verdiyi məlumata görə, rəsmi Tehran ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və Fondun direktoru Mark Duboviçin İrana qarşı sanksiyaların hazırlanmasında iştirak etdiyini bəyan edib.

İran XİN-nin bəyanatında qeyd edilib ki, ABŞ-ın “iqtisadi terror”u İranda rejimi dəyişmək, hökumətin qərarlar qəbul etməsinə təsir göstərmək, ölkənin təhlükəsizliyi və suverenliyinə zərbə vurmaq məqsədi daşıyır.








loading...


Fikrinizi bildirin