İsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olub

İsrailə məxsus bir qrup qırıcı təyyarə Livan paytaxtı və ölkənin cənub şəhərləri üzərindən uçuş həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Beyrut beynəlxalq hava limanındakı mənbəyə istinadla RİA "Novosti" məlumat yayıb.

"İsrail HHQ-yə məxsus dörd təyyarə Livanın hava məkanına soxulub. Biz onları Beyrut və Cənubi Livan üzərində uçarkən müşahidə etmişik", - deyə mənbə bildirib.

O qeyd edib ki, təyyarələr bir neçə manevr etdikdən sonra Livanın hava məkanını tərk ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar