"Fənərbağça" Reyesi göndərdi, Ramini alır - Rəsmi

“Fənərbağça” futbolçusu Dieqo Reyeslə yolları ayırıb.

Qol.az klubun saytına istinadla xəbər verir ki, meksikalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 26 yaşlı futbolçu 2018-ci ildən “Fənərbağça”da çıxış edirdi.

İstanbul klubu rəsmi saytı vasitəsi ilə heyətə yeni müdafiəçi cəlb ediləcəyini də açıqlayıb. Fransa millisinin sabiq üzvü Adil Raminin sabah tibbi müayinədən keçmək küçün İstanbula gedəcəyi bildirilib.

“Marsel”dən ayrıldıqdan sonra azad agent statusuna malik olan 33 yaşlı futbolçu “Fənər”ə pulsuz başa gələcək.

Qeyd edək ki, A.Rami karyerası ərzində “Lill”, “Valensiya”, “Sevilya” və “Milan”da da çıxış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar