"Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik" - İran deputatı

İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edib.

Virtualaz.org-un məlumatına görə, Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlamasında İranın xarici siyasəti ilə razılaşmadığını bildirib.

"Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik",-deyə deputat vurğulayıb.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəsinin Ermənistanın tərəfini tutduğunu da etiraf edib: “Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Biz Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik".

635x100

Şərhlər

t.ədalət 2019-08-25 19:00:11

Ancaq A.Paşazadənin dəstəsi İranı həmişə bizim yanımızda təqdim edirdi.Nə yaxşı ki siz özünüz həqiqəti dediniz.

Şəkili 2019-08-25 19:00:11

Bu İran hakimiyyətinin iç üzüdü.Farslar İran İslam respublikası olmasına baxmayaraq onlar ömürləri boyu İslm dininə qullq və sitayiş edənrın əleyhinə siyasət yürüdürlər və dığalara üstünlük verirlər.Bu etiraflara ehtiyac yoxdur.Biz zatən bunları yaxşı bilirik.Amerika sanksiyaları uzadsa daha çox etiraflar eşidəyicik deyəsən...Allah özü haqq eliyə

Elli 2019-08-25 19:00:11

"malades"

Mirzə AĞ 2019-08-25 19:00:11

İlk erməni katolikosunu xaç suyuna fars keşişi salıb! İran-molla hökuməti "əziz müsəlman bacı və qardaşlar" deyərkən, səmimi deyil... Fars mollalar hakimiyyəti əldə saxlamaq üçün İslamdan alət kimi istifadə edirlər... Xəzər dənizinə "Mazandaran gölü" deyən mənfur düşməni nəhayət ki, tanımaq lazımdır...

Son yazılar