Qubada dağlıq ərazidə yanğın söndürülüb

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 16 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.

Yanğın saat 18.20-də söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar