Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar