“Baku Steel Company” yaxınlığında taxta sexində baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baku Steel Company” yaxınlığında taxta sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar