Moskva ilə Kiyev arasında yeni qalmaqal - Ukrayna bayrağı Vladivastokda...

Soyadı Omelyan olsa da, ermənilərə heç bir aidiyyatı olmayan Ukraynanın infrastruktur naziri Vladimir Vladimiroviç Omelyanın son açıqlaması Moskva və Kiyev arasında onsuz da gərgin olan münasibətləri bir qədər də tarıma çəkib.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, Fransa prezidenti Emanuel Makronun Rusiyanı “dərin Avropa ölkəsi” adlandırması və Avropanın sərhədlərinin Lissabondan Vladivastoka qədər uzanacağını söyləməsi bir çox Qərb ölkələrində və xüsusilə Ukraynada narazılıqla qaqrşılanıb. Makronu bu fikirlərinə görə tənqid edənlər Rusiyanın özünü Avropa ölkəsi kimi deyil, işğalçı kimi apardığını, insan haqlarından tutmuş qonşu ölkələrin ərazi bütövlüyünə qədər əksər məsələlərdə haqsızlığa, özbaşınalığa yol verdiyini önə çəkirlər.

Ukraynanın infrastruktur naziri isə daha irəli gedərək, Makronun fikirlərində həqiqət payı olduğunu bildirib. Lakin deyib ki, Rusiyanın Avropa ölkəsi oması üçün Vladivastokda Ukrayna bayrağının dalğalanması gərəkdir: “Mən əminəm ki, Avropanı Lissabondan Vladivastoka qədər görən avropalı liberallar haqlıdırlar. Bu, doğrudan da Avropa olacaq. Ancaq bu, o zaman olacaq ki, Vladivastokun üzərində Ukrayna bayrağı dalğalanacaq -100 il bundan əvvəl olduğu kimi.”

Rəsmi Moskva ukraynalı nazirin bu açıqlamasını Ukrayna tərəfinə aid aqressiv işğalçı jest kimi qəbul edib. Məsələ ondadır ki, Omelyanın öz açıqlamasında 100 il bundan əvvəlki Vladivastoku xatırlatması təsadüfi deyil. Belə ki, 1918-1919-cu illərdə doğrudan da Vladivastok ABŞ-la yanaşı Çexoslovakiya, Kanada, Yaponiya və digər ölkələrdən ibarət koalisiya tərəfindən ələ keçirilib. Ukraynalı nazir də məhz həmin dövrü xatırladaraq, Rusiyanın öz xoşu ilə deyil, yalnız güclə avropalaşa biləcəyinə eyham vurub.

Rusiya XİN-in məşhur qalmaqallı sözçüsü Mariya Zaxarovanın ukraynalı nazirə verdiyi cavab da aqressivliyinə görə geri qalmayıb. Zaxarova nazirin açıqlamalarını “dəhşət” adlandırıb: “Omelyanın fikirləri təkcə axmaq deyil, həm də çox dəhşətlidir...” M.Zaxarova bununla ukraynalı nazirin bir zamanlar Şarl de Qolun da dəstəklədiyi Lissabondan Vladivastoka qədər sülh və əminamanlığın təmin edilməsi konsepsiyasının yox, işğalçılığa söykənən başqa bir nəzəriyyənin tərəfdarı olduğunu bildirib.

Təkcə infrastruktur naziri deyil, Ukrayna Radasının deputatı İrina Qeraşşenko da Makronun Putinə yarınmasını sərt tənqid edərək, onun Rusiyanın dərin Avropa ölkəsi olmasına dair sözlərinə təəssüf etdiyini deyib və öz ölkəsinin Avropanın bir parçası olmağa daha layiqli dövlət olduğunu önə çəkib: “Ukrayna Avropanın bir hissəsi olmaq üçün özünün minlərlə ən yaxşı qəhrəmanlarını qurban verib...”

Onu da qeyd edək ki, rəsmi Moskvanı özündən çıxaran V.Omelyan hələ Pyotr Poroşenkonun prezidentliyi dövründən infrastruktur naziridir. 2016-cı ildə bu vəzifəyə təyin olunan Omelyan əslində peşəkar diplomatdır və uzun müddət Ukrayna XİN-də çalışıb. Vladimir Zelenskinin onu yeni kabinetin tərkibinə daxil edəcəyi ehtimalı isə o qədər də yüksək qiymətləndirilmir.

635x100

Şərhlər

Elli 2019-08-25 22:46:17

malades

Son yazılar