"Qalatasaray"a 7 milyonluq sponsor -FOTO

Türkiyənin "Qalatasaray" klubu forma sponsorluğu üçün 2 nəhəng firma ilə razılağa gəlib.ANS PRESS-in məlumatına görə, adı Azərbaycan şirkətləri ilə də hallanan İstanbul təmsilçisi nəhayətki forma reklamı üçün sponsor tapıb. "Qalatasaray" Türkiyə Super Liqası üçün Çinin beynəlxalq telekommunikasiya firması "Huawei" ilə Çempionlar Liqası üçün isə Türk Hava Yolları ("Turkish Airlines") ilə razılaşıb.

Bu iki razılaşmadan "Qalatasaray"ın büdcəsinə təxminən 7 milyon dollar daxil olacaq. Klub prezidenti Ünal Aysal ötən gün mətbuata açıqlamasında bu razılaşmanın 1 illik olduğunu deyib. Onun sözlərinə görə, 2015/16 mövsümü etibarı ilə xarici bir şirkət ilə 5 illik yeni bir sponsorluq müqaviləsi bağlanacaq.

Bu əməkdaşlıq Türkiyədə ilk dəfə tətbiq olunacaq olan yeni bir sponsorluq modelidir. "Qalatasaray"ın hazırladığı yeni modelə görə, klub ölkə daxilində "Huawei"ni, ölkə xaricində isə "Turkish Airlines" reklam edəcək.

Qeyd edək ki, bir müddət öncə Azərbaycanın SOCAR və Amrahbank kimi şirkətlərinin "Qalatasaray" klubuna sponsorluq edəcəyi ilə bağlı xəbər yayılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar