AŞ PA sədri Azərbaycana səfər edəcək

Avropa Şurası Parlament Assambleyasının sədri (AŞ PA) Ann Brasör Azərbaycana rəsmi səfər edəcək.

Trend-in AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Assambleya sədrinin səfəri sentyabrın 21-25-nə nəzərdə tutulub.

Səfər çərçivəsində AŞ PA sədrinin ölkə rəsmiləri və digər şəxslərlə görüşləri gözlənilir.

Səfərin dəqiq proqramı barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, A.Brasör bu ilin may ayında Bakıda AŞ PA-nın Daimi Komitəsinin iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olub.

Xatırladaq ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar