ERMƏNİLƏRDƏN TÜRKİYƏYƏ QARŞI NÖVBƏTİ MƏKRLİ ADDIM - Tələt paşa təhqir olundu + FOTO

Ermənistanın Şirak bölgəsində Osmanlı imperiyasının son baş nazirlərindən olan Tələt paşanı öldürən daşnak suiqəsdçi Soqomon Teyliryana aid heykəl inşa olunub.

Heykəl illər öncə inşa olunsa da, sosial şəbəklərdə indi səs-küyə səbəb olub.

Heykəlin ayağının altında təsvir edilən İttihad və Tərəqi hərəkatının liderlərindən olan Mehmet Tələt paşanın kəsik başının məqsədli bir şəkildə o cür qoyulması diqqətləri çəkib.

Erməni suiqəsdçi Teyliryan Berlində Tələt paşa üçün təşkil olunan suiqəsdi uğurla yerinə yetirdikdən sonra öz ölkəsində "milli qəhrəman" zirvəsinə yüksəlib.

Qeyd edək ki Mehmet Tələt paşa "Osmanlı Hürriyyət" cəmiyyətinin qurucu lideri, "İttihad və Tərəqqi" hərəkatının öncüllərindən olan dövlət xadimi olub.

Tələt paşa 1874-cü ildə dünyaya gəlib.

Osmanlı dövlətinin son dönəmlərində adı Ənvər paşa və Camal paşa ilə tez-tez çəkilən, onlarla bərabər hərbi-siyasi fəaliyyətlə məşğul olan Tələt paşa Ii dünya müharibəsindən sonra Almaniyaya gedib.

"İttihad və Tərəqqi" hərəkatı üzvlərinin öldürülməsi qərarlaşdıran "Daşnaqsütun" partiyası bu vəzifəni icra etməsi üçün Soqomon Teyliryanı seçib.

Teyliryan 1921-ci il, 25 martda Berlində tək güllə ilə Tələt paşanı öldürüb.

Ölümündən sonra Berlində türk məzarlığında basdırılan Tələt paşa 1943- cü ildə alınan yekdil qərara əsasən Türkiyəyə gətirilərək "Abide-i Hürriyet" məzarlığında dəfn olunub.(musavat.com)

TalatPascha

635x100

Şərhlər

sual 2019-08-26 13:56:26

Bu türklər Tələt Paşa kimi kişinin heyfini ala bilmirlər bizə Qarabaği alandilar?

Sahib 2019-08-26 13:56:26

Kökünüzü Allah kəssin! Kim ki azərbaycanlılara yenidən erməniləri bağışlmağı tövsiyə edir onun təpəsinin erməni suiqəsdçisinin gülləsinə ehtiyacı var ki, bu millətin xəbis xislətini qansın (əlbəttə ki, əgər sağ qalsa).

Ramazan SİRACOĞLU 2019-08-26 13:56:26

15 mart 1921-ci ildə Berlinin Hardenberqştasse küçəsində Tələt Paşanı qətlə yetirən erməni terrorçunu məhkəmədə 3 vəkil müdafiə etdi. Onların arasında Köln universitetinin hüquq professoru doktor Kurt Nimayer də vardı. Vəkillər israrla polyak hakim Rafael Lemkinə erməni terrorçunun anlaqsız, affekt halında ikən cinayət törətdiyinə inandırdılar. Məhkəmə 2 iyun 1921-ci ildə Soqomona bəraət hökmü çıxartdı. Ermənilər o vaxt bir ağızdan “Qini lits- Şərab doldur” mahnısı oxuyurdular. Mahnı bütün türklər və Tələt Paşa haqqında təhqiramiz misralarla doludur. Ermənilər Soqomona çox yerdə heykəl qoyub, haqqında iki film də çəkiblər: “Berlin ezamiyyəti” ( 1982) və “Mayrig- Ana” ( 1991). Filmlərdə Soqomon "əzabkeş millətin" qəhrəmanı kimi təbliğ olunur. Amerikada isə onun goru ermənilərin ziyarətghına çevrilib.

TARİX 2019-08-26 13:56:26

BİZM VƏTƏNDAŞLARIMIZA,MƏMURLARIMIZA BÖYÜK ERMƏNİ DƏRSİ.ERMƏNİ ÖZÜNÜN FAŞİST NİJDESİNƏ, TERORCU SOQOMONUNA HEYKƏL QOYUR,BİZSƏ 1-Cİ CÜMHURİYYƏTİ QURAN ,AZƏRBAYCANI ERMƏİ-DAŞNAK,RUS SOYQRIMINDAN XİLAS EDƏN ƏNVƏR PAŞA,TƏLƏT PAŞA VƏ S. KİMİ KİŞİLƏR ÜCÜN DEMƏK OLAR Kİ,HEC NƏ ETMƏMİŞİK.İDEOLOGİYASIZ MİLLƏT YELKƏNSİZ GƏMİYƏ BƏNZƏYİR.

NURəddin 2019-08-26 13:56:26

BELƏ DƏ HƏQARƏT OLARMI? NİFRƏTİMDƏN VƏ QƏZƏBİMDƏN BİLMİRƏM NƏ EDİM? YERİN DİBİNƏ TƏPƏRDİM SƏNİ EY ERMƏNİSTAN!

t.ədalət 2019-08-26 13:56:26

Bu gün Azərbaycanda soqomonların qanı ilə qarışıqlar vəzifələrə irəli çəkilir.Görünür,bizi Böyük Türkiyədən aralı salmaq üçün Rusiya dəridən-qabıqdan çıxır. Rusiyanın Azərbaycanda gerçəkləşdirmək istədiyi bu planları pozmalıyıq."Dostumuz" Rusiya DQ ərazisində bizim ordumuzun ola biləcək hücumlarının qarşısını almaqdan ötəri "Sərsəng-Araz" çayını doldurmaq üçün ikinci bir Xankəndi dəryaçası tikir.Türkiyə sərhədindəki "şir arxı" gölünün analoqu kimi yaradılan bu gölün tikintisinin qarşısı alınmalıdır.

Son yazılar