Kürdəmirdə traktor aşıb, iki uşaq xəsarət alıb

Kürdəmir rayonunda traktor aşıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Ömər Kamil oğlu Rüstəmli və 2009-cu il təvəllüdlü İlham Samir oğlu Rüstəmli babasının idarə etdiyi traktorda hərəkətdə olarkən nəqliyyat vasitəsi aşıb. Nəticədə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar