Keniya ilk dəfə neft ixrac edib

Tarixdə ilk dəfə dünya bazarına neft göndərən Keniya beləcə neft ixracatçısı ölkələrin ailəsinə daxil olub.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Uhuru Kenyatta Mombasa limanında Keniya xam neftini xarici bazara daşıyan ilk tankerin yola salma mərasimindəki çıxışı zamanı məlumat verib.

O, bu hadisəni Keniya tarixində dönüş nöqtəsi kimi səciyyələndirib və 200 min barel neft yükü ilə limandan ayrılacaq “Celcius Riga” gəmisi üzərində dövlət bayrağını qaldırıb.

Qeyd edək ki, Çinin “Chemchina” şirkəti tərəfindən beynəlxalq hərracda 12 milyon dollara satın alınan Keniya nefti emal üçün Malayziyaya göndərilir.

Keniyada ilk kommersiya miqyaslı neft yatağı hələ 2012-ci ildə Böyük Britaniyanın “Tullow Oil” şirkəti tərəfindən ölkənin qərbindəki Lokiçar dərəsində kəşf edilmişdi. Yatağın ehtiyatı 560 milyon barel həcmində dəyərləndirsə də, son tədqiqatlar həmin yatağın Böyük Rif Zolağı boyu ölkənin şimalından cənubunadək uzanan irimiqyaslı neftli bölgənin bir hissəsi ola biləcəyini göstərir. Hazırda isə ölkənin gündəlik neft hasilatı 80 mim bareldir.

2022-ci ilədək həmin istiqamətdə boru kəməri tikilməsi və gündə 100 min barel neft nəql etmək nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar