İsrail futbolçuları Azərbaycan yığmasının qapısından 6 cavabsız qol keçiriblər

Ukraynada təşkil olunmuş Viktor Bannikovun xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib.

APA-nın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.

Komandamız qrup mərhələsinə İsraillə qarşılaşma ilə başlayıb. Görüş millimiz üçün acınacaqlı nəticə ilə başa çatıb.

İsrail millisi 6 cavabsız qolla qələbə qazanıb. İlk görüşündə 0:6 hesabı ilə uduzan komandamız II turda Ukrayna ilə qarşılaşacaq.

635x100

Şərhlər

Elli 2019-08-26 20:36:35

malades

Son yazılar