“Dollara alternativ tapmalıyıq!” – İngiltərənin baş bankirindən gözlənilməz açıqlama

Dünya iqtisadiyyatının ehtiyat valyuta qismində ABŞ dollarından asılılığı həddindən artıq risklidir və buna görə, dolları yeni rəqəmsal valyuta ilə əvəzləmək lazımdır.

Belə gözlənilməz bəyanatla Britaniya Mərkəzi Bankının başçısı Mark Karni Federal Ehtiyat Sisteminin (FES) illik konfransında çıxış edib. Onun sözlərinə görə, yaradılacaq yeni valyuta qlobal əmtəə zənbilinə söykənməli və pozulmuş sistemin tarazlığını təmin etməlidir.

Belə pozuntunun başlıca təzahürü qismində İngiltərə Bankının sədri onu görür ki, bəzi ölkələr sıfır və ya mənfi faizli stavkaya keçiblər, digərləri, o cümlədən, Amerika Birləşmiş Ştatları (ABŞ) isə açar stavkanı sıfırdan yuxarı saxlayırlar.

«Çoxqütblü dünyada bizə çoxqütblü valyuta lazımdır» - Mark Karni bəyan edib.

«CNBC» telekanalının xəbər verdiyi kimi, Karni həm də qeyd edib ki, 50,0 faiz hallarda sövdələşmələrdə dollar əsas valyuta kimi istifadə olunur. Bununla əlaqədar olaraq, bir çox ölkələr Amerika iqtisadiyyatının «oynamasının» güclü asılılığından imtina edirlər.

Bundan başqa, Karni onu da qeyd edib ki, ticarət müharibəsi bütün dünyada işgüzar etibarı dağıdır.

Qeyd edək ki, iqtisadçı Mark Karni İngiltərə Bankına 2013-cü ilin iyulundan başçılıq edir. O, Beynəlxalq Valyuta Fondunun başçısı postuna əsas iddiaçılardan biri sayılırdı, amma Avropa ölkələrindən lazımi dəstəyi ala bilməyib.

ABŞ Federal Ehtiyat Sisteminin konfransında Karninin çıxışı ondan xəbər verir ki, dolların dünya iqtisadiyyatındakı dominantlığı hazırda ciddi böhran yaşayır.

Yayılan xəbərlərə görə, Rusiya və Çin hesablaşmalarda milli valytadan istifadə olunması barədə sazişin hazırlanmasına başlayıblar. Buna uyğun olaraq, Moskva və Pekin ikitərəfli ticarətdə və investisiya maliyyələşdirmələrində milli valyutadan istifadəni aktiv şəkildə irəli aparmaq niyyətindədirlər.

İranın və ABŞ-dan narazı olan bəzi digər dövlətlərin də böyük ehtimalla, yavaş-yavaş bu prosesə qoşulacağı qaçılmaz olacaq. Belə getsə, Fransanın eks-prezidenti, İkinci dünya müharibəsinin qəhrəmanlarından biri olan generad De Qollun arzusu tezliklə reallığa çevriləcək. Ancaq bu halda ABŞ hökuməti FES-in dünyaya yaranacaq nəhəng borcunu dünya dövlətlərinə qaytarmayacaq – çünki hər ikisinin sadəcə, belə imkanı yoxdur və olmayacaq…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar