Çeçenistanda “Məhəmməd Peyğəmbər” məscidi açılıb – Avropada ən nəhəngidir

Dərc olunub: 26/08/2019 - 20:59

421537956Çeçenistanda Avropanın ən böyük məscidi açılıb. Ehtimal edilirdi ki, məscid respublikanın başçısı Ramzan Kadırovun adını daşıyacaq. Ancaq «Qroznıy-inform» nəşrinin məlumatına görə, məscidin açılış mərasimində Ramzan Kadırov elan edib ki, dini abidə Məhəmməd peyğəmbərin şərəfinə onun adını daşıyacaq.

«Sİzi və dünyanın bütün müsəlmanlarını sevindirmək istəyirəm. Biz, məscidə ürəklərimiz uçan insanın – o insanın ki, bizləri xilasa və xoşbəxtliyə gətirib, bütün pislərdən və günahlardan qoruyub – onun adını verdik. O, bizim imamımızdır, sevimlimizdir, köməyimizdir və gözlərimizin işığıdır. Mən, Allaha sonsuz qədər minnətdaram ki, məscidə Məhəmməd peyğəmbərin adının verilməsini elan etmək imkanına malik oldum…» – deyə, Çeçenistanın başçısı elan edib.

Respublika hökumətinin saytında xəbər verildiyi kimi, məscidin açılışı tarixi gündə baş tutub – avqustun 23-də Çeçenistanda respublikanın ilk prezidenti Əhmət Kadırovun anadan olmasının 68-ci ildönümü qeyd edilib.

Xəbərə görə, məscid eyni vaxtda 30 mindən artıq ibadətə gələn insanı qəbul edə bilər. O, Şali şəhərində yerləşir.

Açılış mərasimində iştirak etmək üçün 40-dan artıq ölkədən və 11 dövlətdən hökumət nümayəndələri Çeçenistana uçub.

AzPolitika.info








loading...


Fikrinizi bildirin