Qazaxıstan Qızıl Ordanın 750 illiyini bayram edəcək

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Qızıl Ordanın 750 illiyi ərəfəsində Ulıtau (Ulu dağ) rayonunu etnoqrafik turizm mərkəzinə çevirmək istəyir.

«Ulıtau beynəlxalq səviyyəli etnoqrafik turizm mərkəzi olmalıdır. Bu işlərə Qızl Ordanın 750 illiyi ərəfəsində başlamaq lazımdır» - dövlət başçısı «Ulıtau-2019» beynəlxalq turizm forumunda bildirib.

Tokayev hesab edir ki, Çingizxanın böyük oğlu Cucinin Qazaxıstan ərazisində yerləşən mavzoleyi ölkəyə turistləri cəlb edə bilər.

«Biz, mütləq Qızıl Ordanın əsasını qoymuş Cuci xana layiqli-əsaslı ehtiram göstərməliyik. Çox mühüm missiyadır: bütün dünyanın diqqətini belə tarixi personaya yönəltmək və onun mavzoleyini mədəni turizm obyektinə çevirmək» - deyə, prezident xüsusi qeyd edib.

Xatırladaq ki, Tatarıstan Qızıl Ordanın 750 illiyini cari ildə bayram edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar