Ağstafada silah sursat tapılıb

Ağstafa rayon Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə "Report"un Qərb mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumat verilib. Məlumata görə, avqustun 26-da Ağstafa Rayon sakini DİN-in "102" Xidməti - Zəng mərkəzi Sisteminə zəng edərək bildirib ki, rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlayıb.

Faktla bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “TOZ 8” markalı tüfəng, 1 ədəd “TİR” tapançası, 1887 ədəd (1117 ədəd 5.45 mm-lik və 770 ədəd 7.62 mm-lik patron) və 4 ədəd avtomat darağı (boş), 2 ədəd “F-1” əl qumbarası və 3 ədəd partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 m2 əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar