Daşkəsəndə leysan yağış və güclü külək fəsadlar törədib

Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Hazırda rayon ərazisində kəskin hava şəraiti davam edir.

Qeyd edək ki, Gəncə şəhəri və dağlıq rayonlarda şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar