Ərdoğandan Malazgirt mesajı: "Yaxın günlərdə ordumuz o bölgəyə girəcək"

Türkiyə prezidenti Ərdoğan Malazgirt döyüşünün 948-ci ildönümü münasibətilə keçirilən tədbirdə vacib açıqlamalar verib:“Heç bir siyasi və iqtisadi mənfəət bizi haqqın yanında yer almaqdan, məzluma və zərərçəkənə yardım etməkdən çəkindirə bilməz. Uşağı qaçırılıb, anası günlərdir aksiya keçirən ananı gördünüzmü? Biz dik duracağıq. Biz bu insanların övladlarının istismarına göz yummayacağıq. Bu gün Qüdsdə, Fələstində zülm var. Fələstinin addım-addım işğal etməyə çağırırlar. Müsəlmanlar zülm altındadır. Əllərindən gəlsə ölkəmizdə də eyni şeyləri qara qəlbli alçaqları da unutmadıq. Daha dünənə qədər evlərimizin dibinə qədər gətirmək istədikləri münaqişəni sərhədlərimizin xaricinə keçirdik”.

Türkiyə prezidenti Fərat çayının şərqində əməliyyatla bağlı da danışıb:“Diplomatiya ilə nəticə əldə edərsək, nə əla. Amma istəyimiz xaricində bir yola məcbur edilərsək, bütün planlarımız hazırdır, öz planlarımızı həyata keçirəcəyik. Silahlı hissələrimizin çox yaxın vaxtlarda regiona girməsini gözləyirik. Hava və quru sərhədlərimizin xaricinə çıxdığımızda prosesi müəyyən etmək imkanı əldə edəcəyik. Qətiyyətimizi artıq heç kəsin yoxlamağa çalşmayacağına ümid edirəm.

Rusiya ilə bu İdlib məsələsini müzakirə etdim. Sabah Rusiyaya gedirəm. Orada yeni görüşlərimiz olacaq. İnşallah bu narahatlıqları qısa müddət ərzində aradan qaldlaracağıq.

İraq tərəfində də çox vacib addımlar atırıq. Ölkəmizə hücum edənlərin mərkəzi olan yerləri təmizləyirik.

Şərqi Aralıq dənizin qazma və seysmik axtarışlarımız da tam sürət davam edir. Kimsə bizə mane ola bilməz, ola bilməyəcək. Bütün bu fəaliyyətlər qətiyyətlə davam edir və edəcəkdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar