Günəşdə güclü partlayış - Video

Rusiyanın şimalında yaşayanlar, aydın şəkildə “Avrora şəfəqi”ni izləyə biləcək

Həftənin əvvəli Günəşdə baş vermiş 2 güclü parlayışdan sonra, Yerə Günəş qasırğası yaxınlaşır.

ANS TV-nin məlumatına görə, tədqiqatçılara bildirirlər ki, bu “planetimizin əsas enerji mənbəyi olan ulduzda” son 10 ildə qeydə alınan ən güclü partlayış olub. Partlayışdan sonra böyük “koronal kütlə” bizim planetə doğru istiqamət alıb. Buraxılan “koronal kütlə”nin enerjisi o qədər güclüdür ki, onunla şimal qütbü tamamilə işıqlana bilər.

Şimal və Cənub qütbünə yaxın ərazilərdə, o cümlədən Rusiyanın şimalında yaşayanlar, aydın şəkildə “Avrora şəfəqi”ni izləyə biləcək. Günəş qasırğasının radio, rabitə və Cipies siqnallarının ötürülməsinə problem yaradacağı istisna edilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar