5 MİLYON MANATDAN ÇOX ƏSASSIZ ÖDƏNİŞİN “ÜSTÜ AÇILDI” - İş DTX-ya göndərilib

2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.

“Marja”nın məlumatına görə, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılıb.

Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb.  Avtonəqliyyat Baş Gömrük İdarəsi 15.12.2017 - 31.12.2017 dövrü üzrə yoxlanıb.

Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib. Dövlət Maliyyə Nəzarəti Xidməti sənədləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərib.

Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsininBakı Baş Gömrük İdarəsində də yoxlama aparıb. Yoxlama nəticəsində 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin olunub və sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Xəbər verdiymiz kimi, 2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (adları aşağıdakı cədvəldə göstərilib) aparılmış yoxlamalarla 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 3 milyon 295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.

 

635x100

Şərhlər

Poçtalyon 2019-08-27 19:31:01

Ölkəmizin səlahiyyətli vacib dövlət qurumu, ilk növbə sizlərə minnətdarıq ki, yoxlamaları şəffaf keçirərək, ölkənin pulun yeyen vətəndaşın haqqını tapdayan bu şərəfsiz vəzifəli şəxslərin gördükləri oğurluqların üstün açırsız. bu poçtalyon və bu Xalq sizə və İlham Əliyeve inanırıq.qoruyun bizi,ölkəmizi.Burdan DTX-ya səslənirəm nə olar ki, azərpoçtuda yoxlayın poştumuzu dağıdırlar birazdan poştardan əsər əlamət qalmıycaq

gomrukcu 2019-08-27 19:31:01

Bu cemi bir idarenin 15 gunluk yoxlamasidir/ Aydin yaqin ki milyardlari vermelidir

seymur 2019-08-27 19:31:01

he bes siyahidan sehiyye nazirliyini niye cixardiblar

Son yazılar