AVROPANI “QIZIL ORDU”NUN XOFU BASIB! – “Putin NATO-nun reputasiyasını dağıdır”

“Rusiya Avropaya lazımdırmı?”. Avstriyanın ”KLEİNE Zeitung” qəzeti bu başlıq altında maraqlı təhlili məqalə dərc edib. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.

Çox güman ki, Putinin əsas strateji məqsədi heç də Ukraynaya qarşı yox, birbaşa NATO–nun reputasiyasının dağılması istiqamətinə yönəlib. Prezident Putin özünün nəhəng dövlətin necə bərpa olunması arzusu ilə nə qədər uzağa gedə bilər?

Hal-hazırda ümumi təhlükəsizlik arxitekturasının yaradılmasından ötrü Rusiyanın da bizə gərəkli ola biləcəyi iddiası geniş yayılıb. Bir çox analitiklər üçün Ukrayna konfliktinin başlanması Rusiyaya hər şeydə güzəştə getmədən onunla strateji əməkdaşlığın mümkün olmadığını əyani formada sübuta yetirdi. Putin Krımı işğal etməklə, Ukrayna sərhədlərinə ordu yığmaqla və düşünülmüş şəkildə separatçıları silahlandırmaqla Qərbin reaksiyasını yoxladı. Hər şey onların gözlədikləri kimi də baş verdi. İlk öncə Avropa köməksiz şəkildə etirazanı bildirdi. Bəlkə də Şərqi Avropadakı proseslərə maraqlı olmayan ABŞ da hərəkətə keçdi. Qərbin Rusiyaya qarşı tədbirlərı yalnız sonrakı mərhələlərdə sərtləşdi. İndi hər şey sanksiyalardan asılıdır. Rusiyanın bundan artığına cürət edə biləcəyi və ya gələcəkdə tətbiq olunacaq sanksiyalardan ehtiyatlanaraq geri cəkiləcəyi, yalnız irəlidə bəlli olacaq.

Hazırda Şərqi Avropa Rusiyaya yenidən təhlükə mənbəyi kimi baxır. Bu isə Avropanın öz daxilində gərginliyə səbəb olur. Bir çox Qərb ölkələri tezliklə normal inkişafa qayıtmaq istəyirlər. Avropada təkcə siyasi dairələrin nümayəndələri deyil, həm də geniş əhali təbəqəsi Rusiyanın siyasətini başa düşür. Onların bir qismi əvvəlki dövrlərdə olduğu kimi, Qızıl Ordu qarşısında qorxu hissinə qapılmış vəziyyətindədir. Qərb, Sovet İttifaqının dağılmasından sonra ruslara NATO–nun genişlənməyəcəyi sözünü vermişdi. Lakin göründüyü kimi, bu sözlər həqiqəti əks etdirmədi və nəticədə AB və NATO–nun genişlənməsi Rusiyanın heysiyyatını bərk zədələdi.

Ancaq bütün bunlara baxmayaraq, Rusiya Şərqi Avropada hökmranlıq etməyə iddialıdır. AB və ABŞ-ın sanksiyaları Rusiyanı dizi üstə çökdürmək məqsədi daşımır. Görülən tədbirlər Rusiya iqtisadiyyatını silkələmək üçün həyata keçirilir və burada söhbət heç də ona ölümcül zərbə vurulmasından getmir. Aparılan sanksiya siyasətindən başqa digər məsələlərə də diqqət etmək lazımdır. Əsasən təbii qaz olmaq şərti ilə, Rusiyanın Avropa üçün əvəzedilməz xammal ixracatçısı rolunu oynaması danılmaz bir faktdır. Düzdür, Rusiya çalışır ki, bu asılılığı aradan qaldısın, ancaq alternativ bazar kimi Çindən yararlanmaq üçün xeyli vaxt tələb olunur. Rusiya iqtisadiyyatı beynəlxalq bazarda rəqabətə davamlı deyil və onun əsas istehsal bazası köhnəlmiş texnologiyaya söykənir. Rusiya iqtisadiyyatının ümumi həcmi Avropa Birliyi istehsalının səkkizdə biri və ya AB ilə ABŞ-ın birlikdəki Ümumi Daxili Məhsulunun 6%-i qədərdir. Hərbi planda qüvvvələr nisbəti bir qədər yaxşıdır. Rusiya Ukrayna və ya Şərqi Avropanın ayrıca bir ölkəsi üzərində hərbi qələbə qazana bilər. Lakin onun Avropa ilə müharibə apara biləcək səviyyədə hərbi resursları yoxdur.

Ola bilər ki, Putinin apardığı siyasətin ən böyük məqsədi NATO-nun rolunun azaldılmasına yönəlib. Müdafiə baxımından Şərqi Avropanı Avropa Birliyi deyil, məhz NATO təmin edir. Qərbin Ukrayna münaqişəsindəki köməksizliyi bir çox ölkələrin NATO ilə müttəfiqliyini şübhə altına sala bilər. Rusiya 2008-ci ildə Gürcüstan ilə qısa müddətli müharibədə və Ukrayna ilə indiki münaqişə zamanı AB və NATO–ya yaxınlaşmaq istəyənlərə qarşı hərbi güc işlədəcəyini nümayiş etdirib. Hər iki halda Qərbin dostları və müttəfiqləri vəziyyətin mürəkkəbləşməsi anında təhlükəsizlik təminatının necə olacağı sualı ilə üzləşiblər. Ukrayna münaqişəsində strateji problemlərin yeganə təminatı Qərbin qətiyyətli hərəkətlərindən və ABŞ-ın nə dərəcədə Avropanın stabilliyində maraqlı olmasından asılıdır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar