İraqın baş naziri hava zərbələrini qadağan edib

İraqın baş naziri Heydər əl-Abadi ölkənin yaşayış olan məntəqələrinə hava zərbələri endirməyi qadağan edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, baş nazir bu barədə ölkədaxili yerdəyişmələrlə bağlı keçirilən konfransda bildirib: “Mən əmr etmişəm ki, dinc əhalinin yaşadığı şəhərlər üzərində bombardman dayandırılsın. Günahsız qurbanların sayının artmasını istəmirik. Hökumət dayanmayacaq və “İslam dövləti”nə qarşı mübarizəsini davam etdirəcək”.

Heydər əl-Abadi əlavə edib ki, avqust ayında İraqda qarşıdurmalardan ölənləri sayı 1420-yə çatıb, bunun da çoxu dinc sakinlərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar